Gürcüstan Milli Bankı: Turizm bərpa olunmasa, iqtisadi artım 1% olacaq


“Nikbin proqnozlara əsasən, 2021-ci ildə Gürcüstan iqtisadiyyatı 4 % arta bilər”.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, bədbin proqnoza əsasən isə iqtisadi arım 1 % təşkil edə bilər.

Bank rəhbəri qeyd edib ki, epidemioloji vəziyyət yaxşılaşsa və ilin ikinci yarısında turizm sektoru bərpa olunsa, cari ildə iqtisadiyyatın dirçəlməsi gözləniləndir: "Pandemiya zamanı məhdudiyyətlərin davam etdirilməsi iqtisadiyyata zərər vurur və bərpa prosesini ləngidir. Koronavirusla bağlı vəziyyətin pisləşəcəyi və turizmin bərpa olunmayacağı halda Gürcüstanda iqtisadi artım təxminən 1 %-ə bərabər olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu