Ağstafa sakininin avtomobilində narkotik aşkarlandı


Ağstafa sakinindən narkotik götürülüb.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağstafa rayon sakini A.Tağıyev şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 6 qramdan artıq, idarə etdiyi “İveco” markalı avtomobildən isə 430 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu