Deputat: “Müharibə iştirakçısı deyir ki, mənə veteran adı verilməyib”


“Kəndə getmək mümkün deyil. Müharibə iştirakçısı gəlir ki, bax, bu mənim hərbi biletim, onun möhürü, hərbi hissənin nömrəsi və s. Ancaq mənə veteran adı verilməyib”.



Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Onlar veteranlara verilən 80 manatı da istəmirlər. Sadəcə onlara bu adın verilməsini istəyirlər. Hazırda veteran adının verilməsi ilə bağlı komissiya yaradılıb. Həmin komissiya bu şəxslərin də müraciətinə baxmalıdır”, - deputat bildirib.

A.Abbas qazilərdən tez-tez ciddi və düzgün şikayətlər eşitdiyini deyib: "Məsələ belədir. Hərbi hospitalın işi ürəkaçan deyil. Bir resept yazırlar və deyirlər ki, "get, dərmanı özün al". Hansı pulla alsınlar?! Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bil bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsini təşkil etmir?

Məsələn, DİN-nin hospitalında nəinki polislər, onların ata-anası da oradan istifadə edə bilirlər. Ancaq bizim Hərbi Hospital deyir ki, "get özün müalicə al". Niyə Müdafiə Nazirliyinin hospitalı bu işlə ciddi məşğul olmur? İnsanlar rayondan gəlir. Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. YASAT Fondu sağ olsun, hər şey edir. Niyə bu boyda Hərbi Hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun".

Aqil Abbas deyib ki, qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu