Səhiyyə Nazirliyi Rəmişin ölüm səbəbini açıqladı
Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sənətkar koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib: “Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib”.
Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında öz və həyat yoldaşının koronavirusa yoluxmadığını açıqlamışdı.