COVID-19-a yoluxan Niyaməddin Musayev evə buraxılıb


Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.



"Report" xəbər verir ki, 81 yaşlı müğənni "Instagram" hesabında hər şeyin yaxşı olduğunu olduğunu yazıb.

“Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu