Prezident: "Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür"

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının yalnız bir üzv dövləti – Lüksemburq müharibə dövründə və ondan sonra Azərbaycana qarşı tənqidlə çıxış edib: “Bütün bunlar bütövlükdə Aİ-yə münasibətdə dəyişikliklər yaradır. Müharibədən sonra Azərbaycanla bağlı yersiz açıqlamalar verən yalnız bir ölkə var idi. Ancaq səssizliyimizi qoruduq, yalnız Xarici İşlər Nazirliyimiz cavab verdi”, – o deyib.
Müqayisə üçün Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azad etdiyi ərazilər Lüksemburqun özündən dörd dəfə böyükdür.