Güləşçilərimiz "Tokio-2020" üçün son hazırlıq prosesinə start verdi - VİDEO

Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək.
AFN xəbər verir ki, ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə millilərimiz son hazırlıq mərhələsinə keçib. Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcək.
Bu gün Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə (sparrinq) birgə hazırlıq prosesini davam etdirəcək.
Komandalarımız Tokioya iyulun 27-də yollanacaq.