Valideynləri vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq?
"Sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, valideynləri vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Valideyınlərə qanunvericliklə hər hansı bir məhdudiyyətin qoyulması yolverilməzdir. Çünki vaksinasiya könüllüdür”.
Bunu təhsil ekspert Kamran Əsədov deyib. Ekspert bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən yalnız yaşı 18-dən yuxarı şəxslərin istər ali, istərə də orta ixtisas məktəblərdə iştirakına məhdudiyyətlər qoyulub:
"Bu eyni zamanda işləyən şəxslərə də aiddir. Qapalı məkanlarda, təhsil müəssisələrində, özəl kurslarda çalışanların yaşları 18-dən yuxarıdırsa, işləyirlərsə, insanlarla təmasdadırlarsa, onlar mütləq vaksin vurdurmalıdır. Amma valideynlərlə bağlı belə bir tələb yoxdur. Hazırda 4447 orta məktəbində 6 milyon şagird təhsil alır. Bunların heç birinin valideynlərinə belə bir tələb qoyulmayıb. Belə bir məhdudiyyət qoymaq olmaz. Çünki bu insanların təhsil hüququnu məhdudlaşdırır”.(Qaynarinfo)
Qeyd edək ki, Təhsil Nazirliyi açıqlama yayaraq valideynləri peyvənd olunmayan uşaqların məktəblərə buraxılmayacağı ilə bağlı yayılan söz-söhbətin əsassız olduğunu bildirib.