Ermənistanda hərbçilər bir-birini öldürür: hərbi hissədə üç hərbçinin meyiti aşkarlanıb


Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrin birində üç hərbi qulluqçunun cəsədi aşkar olunub.


Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata əsasən, avqustun 19-u təqribən 02:15 radələrində cəsədləri aşkar olunan hərbçilər Murad Muradyan, Levon Harutyunyan və Qora Saakyanın üzərində odlu silahdan atəş izləri aşkarlanıb. Bildirilir ki, onların hər üçü 2002-ci il təvəllüdlüdür.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu