Rusiyada kütləvi tədbirlər ləğv edildi
Rusiyada pandemiya ilə əlaqədar kütləvi tədbirlər ləğv edilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) başçısı Anna Popova bildirib.
“Kütləvi tədbirlər bütün ölkədə dayandırılıb. Yalnız epidemiya tendensiyasından asılı olaraq, baş dövlət sanitariya həkiminin qərarına uyğun olaraq həyata keçirilir”, - o deyib.
Popova qeyd edib ki, bu gün Federasiyanın elə bir subyekti yoxdur ki, orada üç mindən çox nəfərin iştirakı ilə tədbir keçirilsin.
“Və mindən üç minədək - yalnız iki subyektdə. Bu, epidemiyanın xüsusiyyətləridir”, - o deyib.