Salatın Əsgərovanın oğlu anası haqqında hansı sirləri açdı? - VİDEO


Baku TV-də yayımlanan “O Kimdir?” verilişinin növbəti qonağı Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov olub.


AFN xəbər verir ki, verilişdə jurnalist uşaqlığından, anası ilə xatirələrindən və onun son gedişində dediklərindən bəhs edib. “Anamın mənə aşıladığı ən vacib şey bu idi: yaxşılıq et, edə bilmirsənsə, pislik də etmə”, - deyə jurnalist qeyd edib.
C.Əsgərov həmçinin jurnalistikaya necə gəlməsindən, televiziyaların hazırkı vəziyyətindən də danışıb. O, həmçinin hazırda işsiz olması ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib ki, iş üçün bir neçə yerə xahiş edib: "Əlim çatan dost-tanışa müraciət etmişəm, bildirmişəm ki, işsizəm".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu