Bakı-Şuşа-Bakı sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşanı tərk edə bilməyib - FOTOLAR


Martın 13-də Bakı-Şuşа-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.


AFN.az xəbər verir ki, bu barədə məlumatı Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov öz sosial şəbəkə hesabında verib.

O, qeyd edib ki, son üç gündə Şuşa şəhərinə qar yağıb, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişib:

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" otelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb".








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu