"Qalatasaray" yeni prezident seçəcək: Burak Elmasa etimad göstərilmədi


İstanbulun "Qalatasaray” klubu prezident və idarəetmə strukturlarının yenidən formalaşdırılması üçün seçkilərə gedəcək.


İdarə Heyətinin toplantısında klubun prezidenti Burak Elmasın 2021-ci il ərzində fəaliyyəti məqbul sayılmayıb.

Buna görə də yenidən seçki keçirilməli, prezident və İdarə Heyətinin üzvləri seçilməlidir.

Yeni seçkilərin keçiriləcəyi tarix, Burak Elmasın yenidən prezidentliyə namizəd olub-olmayacağı hələ ki, məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu