"Qalatasaray"da prezident seçkiləri ləğv olunub


Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.


Türkiyə mediası xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.

Məhkəmə "sarı-qırmızılar"da seçkinin sabah baş tutmayacağını bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu