“Yazdıqlarım düşünülməmiş sözlərdir” - Rauf Məmmədov


Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov sosial şəbəkə səhifəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərinə aydınlıq gətirib.

“O, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“İlk növbədə şəxsimə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edirəm. Ukraynadakı hadisələr hamıya o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Nataliya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman olunandan sonra təxliyə olunmağa məcbur olduq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım.

Şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrimi cəmləmək çətindi. Feysbukdakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu