Azərbaycanda federasiya cəzalandırdığı idmançıları bağışladı

Həndboldan uzaqlaşdırılmış idmançılar Azərbaycan Həndbol Federasiyası tərəfindən bağışlanıb.
Onlar artıq klublarındakı fəaliyyətlərinə bərpa ediliblər.
Qeyd edək ki, federasiyanın baş katibi Yusif Atakişiyevdən narazı 14 həndbolçu 2021-ci ilin noyabrında həndboldan uzaqlaşdırılmışdı.
Federasiyanın prezidenti Saleh Məmmədov isə onların uzaqlaşdırılmasını yaşlarının çoxluğu ilə əlaqələndirmişdi.