ABŞ-ın Azərbaycandakı səfirliyi əfv sərəncamını alqışlayıb


ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamını alqışlayıb.


AFN.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat yayılıb.

“Birləşmiş Ştatlar həbsdə olan azərbaycanlıların, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi müxalifətin üzvlərinin və dini qrupların üzvlərinin əfv edilməsini alqışlayır. Biz Azərbaycanı qarşıdakı aylarda Azərbaycanın beynəlxalq öhdəliklərinə və vətəndaşlarının əsas azadlıqlarının qorunmasına dair öhdəliklərinə uyğun olaraq əlavə addımlar atmağa çağırırıq”, - məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu