ABŞ səfiri həbsdə olan jurnalist və siyasətçilərin yaxınları ilə görüşüb


Amerikanın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan jurnalist və siyasətçilərin yaxınları ilə görüşüb.



Bu barədə ABŞ Səfirliyinin rəsmi sosial media hesablarında məlumat dərc olunub.

“Səfir Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə görüşərək, onların vəziyyətini müzakirə edib. Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu