“Səsim batandan sonra dedim ki, yaxşı ki, belə oldu” - Akif İslamzadə
Müğənni Zamiq Hüseynov əfsanəvi sənətkar Akif İslamzadəni doğum günü münasibətilə təbrik edib.
Onun instaqram səhifəsində yazdığı bu sözlər maraqla qarşılanıb:
“Sənətkar, doğum gününüz mübarək, yaxşı ki, varsınız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim... Amma zaman keçdi, dedim ki, yaxşı ki, belə oldu! Mən anladım və gülümsədim. O demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!”.
Qeyd edək ki, bu gün A. İslamzadənin 74 yaşı tamam olur.