Tanınmış ərəb diplomat çıxışı zamanı öldü - Video


Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.



AFN dünya mediasına istinadən xəbər verir ki, onun ölüm səbəbləri hələ ki, açıqlanmır. Çıxış zamanı halı pisləşən diplomat, yerə yıxılıb. Köməyə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.

Bəzi KİV-lər diplomatın son sözlərinin “Harada olursan ol, ölüm səni yaxalayacaq” olduğunu yazır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu