İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib
![](https://static.report.az/photo/5022c5cd-3006-36bf-9133-09fc336dc281_850.jpg)
AFN-in xəbərinə görə, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.
“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”, - o söyləyib.
N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.