ABŞ Ermənistana yeni səfir təyin etdi


Kristina Kvin ABŞ-ın Ermənistandakı səfiri təyin edilib.


AFN.azın məlumatına görə, ABŞ Senatı xanım Kvinnin səfir vəzifəsinə namizədliyinin təsdiqinə səs verib.
Qeyd edək ki, K.Kvin 2019-cu ildən ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edir. 2016-cı ildən 2019-cu ilin aprel ayına qədər o, ABŞ-ın Parisdəki səfirinin müavini və səfirlikdə İqtisadiyyat üzrə müşaviri vəzifələrində çalışıb.
Kvin diplomatik xidməti dövründə ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrində işləyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu