Qənirə Paşayeva şəhid anaları ilə görüşüb - FOTOLAR


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə Vətən müharibəsinin şəhidləri – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Həmid Qasımovun anası Tovuz Qasımova, kiçik leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, əsgər Şəhnin Novruzovun anası İlahə Novruzova ilə görüşüb.


AFN.az xəbər verir ki, şəhid anaları ilə ətraflı söhbət edən Qənirə Paşayeva, onların ürək sözlərini dinləyib, cəsur Vətən oğullarının həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb.
Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından, onlarla bağlı məsələlərə yüksək həssasiyyətindən söz açıb, bu həssaslığın hər bir Millət vəkili, dövlət qulluqçusu və cəmiyyətin aparıcı nümayəndəsi üçün də əsil örnək təşkil etdiyini deyib.

Qənirə Paşayeva əziz şəhid anaları ilə hər bir görüşün onun üçün əziz və unudulmaz görüş olduğunu bildirib, şəhidlərimizin əziz ruhuna dərin ehtiramını yetirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Həmid Oruc oğlu Qasımov (11.12.1994, Şərur - 03.10.2020, Tərtər) Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” (15.12.2020), “İgidliyə görə” (18.12.2020), “Suqovuşanın azad olunmasına görə” (29.12.2020), “Laçının azad olunmasına görə” (29.12.2020), kiçik leytenant Vüsal Cəsarət oğlu Muradov (19.05.1999, Sumqayıt – 29.10.2020, Xocavənd) “Vətən uğrunda” (15.12.2020), “Cəsur döyüşçü” (18.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020), əsgər Şəhnin Şahlar oğlu Novruzov (03.02.1998, Səncərədi, Astara – 20.10.2020, Xocavənd)— “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020) medalları ilə təltif olunub.

RUHLARI ŞAD OLSUN!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu