Rusiya sülhməramlıları ilə bağlı yeni sənəd hazırlanmır - RƏSMİ AÇIQLAMA


“Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyaları 10 Noyabr Bəyanatında təsbit edilib”.


AFN.az oxu.az-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 10 Noyabr Bəyanatından başqa, sülhməramlıların fəaliyyətini tənzimləyən sənəd yoxdur.

“Hazırda Rusiya sülhməramlılarının fəaliyyətinə dair hər hansı bir sənəd hazırlanmır və belə bir məsələ gündəlikdə deyil”, - deyə nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu