Braziliyada matəm elan edildi
Braziliya hakimiyyəti futbol kralı Pelenin ölümündən sonra ölkədə üç günlük matəm elan edib.
AFN.az-ın məlumatına görə, dəfn mərasimi 2023-cü il yanvarın 3-də olacaq.
Pelenin tabutu onun 100 yaşlı anasının yaşadığı rayondan götürüləcək. Bundan sonra əfsanəvi futbolçunun dəfn mərasimi keçiriləcək.
Qeyd olunur ki, artıq Peleni ictimaiyyət qarşısında tərifləyənlər arasında futbolçular, dünya liderləri və sənət adamları da var.
Xatırladaq ki, Pele dekabrın 29-da 82 yaşında vəfat edib.
M.Vahidli