Siciliya mafiyasının üzvləri həbs edildi


İtaliya polisi yanvarın 11-də Siciliya mafiyasının 10 üzvünü həbs edib.


AFN.az-ın məlumatına görə, mafiya üzvləri İtaliyanın cənub-qərb sahilində yerləşən Aqricento şəhərində və onun ətrafında narkotik alverində, həmçinin soyğunçuluqda ittiham edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, “Kondor” əməliyyatı bölgənin şərq hissəsində, Likata, Palma- di Montekiaro və Kanikatti arasında keçirilib.
Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan və iş adamlarına qarşı soyğunçuluq edən "Kosa Nostra" mafiya dəstəsinin üstünü açıb.
100-dən çox polis əməkdaşı bölgədə 20 binada axtarış aparıb.
“Kondor” əməliyyatı polisin Kosa Nostranın ilk qaçmış bossu, 30 ildir gizlənən və dünyanın ən çox axtarılan 10 cinayətkarından biri olan "Diabolik" ləqəbi ilə tanınan 60 yaşlı Matteo Messina Denaronun izinə düşməsi üçün həyata keçirilən səylərin bir hissəsidir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu