Siciliya mafiyasının liderlərindən biri Matteo Messina Denaro həbsxanada ölüb


İtaliyada həbs edilən Siciliya mafiyasının liderlərindən biri Matteo Messina Denaro 63 yaşında vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə "Rai News" telekanalı məlumat yayıb.

İtaliya məhkəmələri ona iki dəfə ömürlük həbs cəzası verib. Polis mafiya liderini yanvarın 16-da Palermoda həbs edib. Həbs edilən zaman o, son illərdə əziyyət çəkdiyi ağır bağırsaq xərçənginə görə müalicə altında olub.

Böyük “Cosa Nostra” mafiyasının liderlərindən biri olan Matteo Messina Denaro 30 ilə yaxın axtarışda olub.

1993-cü ildə Messina Denaro Toskana sahillərindən yoxa çıxdıqdan sonra dünyanın ən təhlükəli on cinayətkarı siyahısına daxil edilib. Bir neçə gün əvvəl o, komaya düşüb. Ölümündən əvvəl yaxınları onu ziyarət etmək üçün icazə ala biliblər.

Messina Denaronun doğulduğu Siciliyadakı Castelvetrano şəhərində dəfn ediləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu