Dağıntılar altından çıxarılaraq xərəyə qoyulan gəncin anasını gördüyü an ürəkləri dağladı - FOTOLAR


Episentri Kahramanmaraş olan və 10 vilayətdə ağır dağıntılar yaradan 7,7 və 7,6 bal gücündə zəlzələlərin nəticələri aradan qaldırılmaqda davam edir.


AFN.az xəbər verir ki, xilasetmə əməliyyatları zamanı qandonduran hadisələr yaşanır. Bu dəfə Hatay Polis Evinin dağıntıları altından bir vətəndaş xilasetmə qrupları tərəfindən sağ-salamat çıxarılıb. Dağıntılar altından çıxarıldıqdan sonra xərəkdə daşıdığı şəxs anasını görəndə hər şeyi unudub. Vəziyyətinin yaxşı olduğunu deyən gənc onun qurtarılmasını gözləyən anasını qucaqlayaraq ağlayıb. Hadisə ətrafdakıları kövrəldib.
Həmin anların fotolarını təqdim edirik:












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu