Dağıntılar altında qalan qızının əlini buraxmayan ata: "Yalın əllə dağıntıları qazmağa çalışdım" - FOTO

Kahramanmaraşda dağıntılar altında qalan qızının əlini buraxmayan, həmin görüntü ilə də gündəm olan ata dərdini bölüşüb.
AFN.az Türkiyə mediasına istinadən xəb ər verir ki, o, "Çox dua etdim, amma təəssüf ki, itirdik. Şahzadəmi xilas etmək üçün çılpaq əllərimlə qazmağa çalışdım, amma sonda onu çıxara bilmədim” - deyə sızlayıb.
Qeyd edək ki, dağıntılar altında qalan qızının əlindən tutan 49 yaşlı Məsut Hançerin fotoşəkili 10 əyalətdə böyük dağıntılara səbəb olan və minlərlə insanımızın ölümünə səbəb olan zəlzələ fəlakətinin simvolu olub. Acılı ata 15 yaşlı qızı İrmakı bu gün dəfn edib. Qızının məzarı başında Almaniyanın "Bild" qəzetinə danışan Məsut Hançer "Yer sallananda çörək sexində işləyirdim. Dərhal həyat yoldaşıma zəng etdim, dedi ki, iki qızım və oğlum yaxşıdır. Amma o gecə kiçik qızım nənəsinin yanında qalmışdı. İrmakın əmioğluları gəlmişdi, o da onların yanlarında olmaq istəmişdi” - deyə bildirib.