Putin köməkçisinin xidmət müddətini artırıb

Rusiya prezidenti Vladimir Putin özünün 70 yaşlı köməkçisi İqor Levitinin xidmət müddətini uzadıb.
AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin İqor Levitinin müqaviləsinin 2024-cü il fevralın 21-dək uzadılması haqqında sərəncam imzalayıb.
İqor Levitinin fevralın 21-də 71 yaşı tamam olacaq. O, əvvəllər Rusiyanın nəqliyyat və kommunikasiyalar naziri olub. 2012-ci ildən isə prezident administrasiyasında çalışır. Əvvəlcə prezidentin müşaviri işləyən Levitin 2013-cü ildən Putinin köməkçisi olaraq fəaliyyət göstərir.