Uruqvay səmasında sirli hadisələr - araşdırmalar başladı


Uruqvay səmalarında sirli işıqların sayrışdığı müşahidə edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Uruqvay Hərbi Hava Qüvvələri (HHQ) səmada sayrışan işıqlarla bağlı araşdırma aparıldığını açıqlayıb.

Məlum olub ki, Termas del Almironda keçirilən festival zamanı səmada işıq saçan obyektlər görünüb. Paysandu departamenti insidentlə əlaqədar olaraq naməlum uçan obyektlərlə bağlı iddiaları araşdırmaq üçün komissiya yaratmaq qərarına gəlib. Onun üzvləri şahidlərlə görüşəcək və bütün məlumatları toplayacaq.

Araşdırmaların detalları tam məlum olmasa da, eyni iddiaların əvvəllər də gündəmdə olduğu ortaya çıxıb. Belə ki, bir müddət əvvəl bu görüntünün qonşu Argentinadan da müşahidə edildiyi bildirilib. Uruqvayda baş verən hal da həmçinin Argentina sakinlərinin gözündən yayınmayıb. Həmçinin, müxtəlif aviaşirkətlərin pilotları Böyük Britaniya üzərində səmada naməlum uçan obyektlər gördüklərini bildiriblər. "British Airways"ə məxsus Boeing 787-nin ekipajı "Səmada dərhal yoxa çıxan çox parlaq işıq" gördüyünü bildirib. Həmin vaxt təyyarənin Monrealdan Londona uçduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu