Türkiyədə bu gün baş verən güclü zəlzələdə bir nəfər ölüb, səkkiz nəfər yaralanıb
Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.
F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.