Səhiyyə Nazirliyi səhvən 60 min adama koronavirus testinin müsbət cavabını göndərdi


Avstraliyanın Yeni Cənubi Uels əyalətinin 60 mindən çox sakini səhvən gələn COVID-19 testinin müsbət nəticəsi barədə mesaj alıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə rayonun Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, müsbət cavablı koronavirus testi səbəbiylə dərhal özünü təcrid tədbirlərini tövsiyə edən mətn mesajları bazar ertəsi günü Yeni Cənubi Uelsin 60,700 sakininə səbəbi hələ tapılmayan texniki xəta ucbatından göndərilib. “Biz bu mesajların göndərilməsinin səbəblərini araşdırırıq və artıq onları qəbul edən bütün abunəçilərə nasazlıq barədə məlumat göndərmişik”, - deyə nazirlikdən bildirilib.

Qurumun açıqlamasında vurğulanıb ki, ölkədə koronavirusa ilk yoluxma hallarının aşkar edildiyi 2020-ci ilin yanvar ayından indiyədək 7 milyondan çox insana bu cür mesajlar göndərilib. Bu insanların hamısında faktiki olaraq COVID-19 diaqnozu qoyulub və onlar nazirlikdən göndərilən SMS bildirişlərdə karantin tədbirləri, virus əleyhinə dərmanların necə əldə edilməsi və qəbulu barədə məlumat alıblar. Fevralın 20-də baş verən uğursuzluq isə idarə əməkdaşlarının sözlərinə görə, son üç ildə ilk dəfə baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu