Böyük Britaniya iqtisadiyyatı yanvarda gözləniləndən daha çox böyüyüb


İngiltərə Mərkəzi Bankı və iqtisadiyyat rəsmiləri 2023-cü ilin birinci rübündən başlayaraq, beş rüblük tənəzzül proqnozlaşdırsalar da, ölkə iqtisadiyyatının artımı yanvarda gözləntiləri üstələyib.


Rəsmi rəqəmlərə görə, Böyük Britaniya iqtisadiyyatı yanvar ayında 0.3% artıb. Baxmayaraq ki, iqtisadçılar ÜDM-də aylıq 0.1 % artım proqnozlaşdırırdılar.

Böyük Britaniyanın Milli Statistika Ofisinin təxmininə görə, aylıq artım hazırda pandemiyadan əvvəlki səviyyədən 0.2% aşağıdır.

Birləşmiş Krallıq G-7 (Böyük Yeddilik) iqtisadiyyatları arasında Covid-19 pandemiyası zamanı itirdiyi istehsal gücünü hələ tam bərpa etməyən yeganə ölkə olaraq dəyərləndirilir.

Həm İngiltərə Mərkəzi Bankı, həm də Büdcə Məsuliyyəti İdarəsi 2023-cü ilin birinci rübündən başlayaraq beş rüblük tənəzzül planlaşdırsa da, bu günə olan məlumatlara görə real rəqəmlər gözləntiləri üstələyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu