“Moskviç” bu il iki yeni model buraxacaq


“Moskviç” markalı avtomobillərin yeni modelləri buraxılacaq.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə “KamAZ” PJSC-nin baş direktoru Sergey Koqogin bildirib. O, 2023-cü ilin sonuna qədər iki yeni modelin satışa çıxacağını bildirib.

“Moskviç”in tərəfdaş şirkəti olan “KamAZ”ın baş direktorunun sözlərinə görə, bu ilin ikinci yarısında rusların artıq satışa çıxarılan “Moskviç”lərdən ölçülərinə görə bir qədər böyük olan sedan və yolsuzluq avtomobili buraxacağı gözlənilir.

Ümumilikdə “KamAZ” “Moskviç” zavodunun brendi altında avtomobillərin beş variantını – sedan və dörd krossover istehsal etməyi planlaşdırır.

İlk “Moskvich 3e” elektrik avtomobillərinin satışları martın 3-də başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu