"Daimler" "KamAZ"dakı payını satıb


Alman avtomobil istehsalçısı "Daimler Truck" ("Mercedes-Benz" Qrupunun bir hissəsi) 2024-cü ildə "KamAZ"dakı 15 faiz payını satıb.


Bu barədə “Vedomosti” qəzetinə müsahibəsində “KamAZ”ın baş direktoru Sergey Koqoqin bildirib.

Koqoqinin sözlərinə görə, “Mercedes-Benz Group AG" 2022-ci ilin fevralından "KamAZ"ın fəaliyyətində iştirak etmir və "KamAZ" kapitalında iştirakın dayandırılması ilə bağlı rəsmi proses artıq başa çatıb. O, konsernin səhmlərini kimə satdığını açıqlamayıb.

Ötən il fevralın 28-də “Daimler” “KamAZ”la əməkdaşlığı və tədarükləri dayandırıb. Bundan sonra Naberejnıe Çelnıdakı obyektlərdə Çin JAC-dan olan komponentlərdən istifadə etməklə orta dərəcəli “Compass” yük maşınlarını yığmağa başlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu