Sosial media fenomeni futbolçu sevgilisi tərəfindən döyüldü - FOTOLAR


Türkiyədə "İşte benim stilim" yarışması ilə tanınan və həyatını sosial media fonemi kimi davam etdirən Aleyna Eroğlu futbolçu Batuhan Karadenizin ona qarşı zorakılıq etdiyini iddia edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Aleynanın Eroğlunun zorakılıq anlarını izah etdiyi ifadəsi ortaya çıxıb. O, İnstaqram hesabından videolar yayımlayaraq 2 ildir birlikdə olduğu futbolçu Batuhan Karadeniz tərəfindən döyüldüyünü iddia edib. Dəfələrlə zorakılığa məruz qaldığını deyən Əroğlu təxminən bir ay əvvəl Batuhan Karadenizdən ayrıldığını ifadə edərək, bu müddət ərzində ona 300 min TL pul verdiyini deyib. O, pulu verdiyini sübut edən qəbzlərin olduğunu bildirib.

Martın 21-i saat 04:00 radələrində Batuhan sosial şəbəkədə canlı yayım açıb. Əroğlu pulunu istəmək üçün onun qaldığı otelə gedib. Yaşadığı şiddəti izah edən Eroğlu, “Qapını döydüm, açıldı. Açan kimi mənə sillə vurdu, boğazımı boğdu. Qapını bağlayan kimi sağ qolumu burdu" - deyə bildirib.

“Dedim ki, mən bura döyüşməyə gəlməmişəm, ikimiz də mədəni insanlarıq, çətin vəziyyətdəyəm, pulumu qaytar. Mənə dedi ki, sənə pul verməyəcəyəm. Həbsxanada ananla yan-yana yatacaqsan, çox ağlayacaqsan, anan səni bazarlıq edəcək".

Hadisə yerinə gələn polisə Batuhan Karadenizdən şikayətçi olduğunu bildirən Aleynaya mühafizə orderi verilib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu