Rusiyada Çinlə ticarətdəki problemlər gündəmdədir


Rusiyada Çinlə sərhəddən yüklərin daşınmasında problemlər daha da ağırlaşıb.


AFN.az-ın "Ria Novosti"yə istinadən xəbərinə görə, Rusiya Baş nazirinin müavini, prezidentin Uzaq Şərq Federal Dairəsindəki nümayəndəsi Yuri Trutnev bildirib ki, 2025-ci ilə qədər Uzaq Şərqdə sərhəd infrastrukturu hazırkı vəziyyətdə qalarsa, yük daşıma qabiliyyəti çatışmazlığı 49 milyon tona qədər arta bilər. "Sərhəd infrastrukturunun dəqiq işləməsi olmadan beynəlxalq iqtisadi əlaqələrin inkişafı çətindir", - deyə baş nazirin müavini qeyd edib.

Çinlə ticarəti asanlaşdırmaq üçün Federal Gömrük Xidmətinə və Nəqliyyat Nazirliyinə Primorsk diyarı hökuməti ilə birlikdə Rusiya-Çin sərhədinə yaxın bölgədə avtomobillərin keçirilməsi sxemini sadələşdirmək tapşırığı verilib. Yaxın vaxtlarda Primorye sərhəddində yeni “Kraskino” avtomobil keçid məntəqəsi açılacaq. Baş nazirin müavini bildirib ki, tikinti 2024-cü ilin noyabrında başa çatacaq.

Rusiya və Çin rəhbərləri Vladimir Putin və Si Cinpin arasında keçirilən görüşdən sonra ekspertlər Rusiya prezidentinin əsrin müqaviləsi adlandırdığı “Sibirin Gücü-2” qaz kəmərinin Çin üçün əhəmiyyətinə şübhə etdiklərini açıqlayıblar. Birgə bəyanatda yalnız tərəflərin layihənin təşviqi üçün səy göstərəcəyi bildirilir və ÇXR rəhbərinin bəyanatlarına dair rəsmi hesabatlarda “Sibirin gücü-2” ümumiyyətlə qeyd olunmur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu