ABŞ-dan mühüm Tayvan açıqlaması: "İstənilən ehtimala hazırıq"


Amerika Birləşmiş Ştatları Tayvanda baş verə biləcək istənilən vəziyyətə hazır olduğunu bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hind-Sakit Okean Qüvvələrinin (INDO-PACOM) komandanı admiral Con C. Aquilino Çinin Tayvana mümkün hücumun qarşısını almaqdan məsul olduğunu deyib. O, təhlükəsizlik qüvvələrinin bölgədə baş verə biləcək hər hansı vəziyyətə hazır olduğunu qeyd edib.

Admiral Aquilino Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Sakit Okean regionunda təhlükəsizlik problemlərinə dair sessiyasında Hind-Sakit Okean regionu təhlükəsizlik məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Jadidiah Royal və ABŞ Koreya Qüvvələrinin komandanı general Pol LaKamera ilə danışıb. Çinlə qarşıdurmanı alovlandırmadan Pekinin qarşısını almaq üçün çalışmağın lazım olduğunu ifadə edən ABŞ komandanı, regionda baş verə biləcək münaqişəyə qarşı hər gün daha çox 2təcililik hissi" ilə hərəkət etməyin vacibliyini vurğulayıb.

Sakit okeanda müharibənin qaçılmaz olmadığını ifadə edən Aquilino, qeyd edib ki, bu onillik risklərin artdığı bir dövrdür." Keçmiş uğurlarımıza güvənərək dinc gələcəyə zəmanət verə bilmərik" - deyə o, əlavə edib. Aquilino, bölgədə ortaya çıxan təhlükəsizlik problemlərinin son 80 ildə qaydalara əsaslanan beynəlxalq nizamın təmin etdiyi "sülh və rifahı təhdid etdiyini" deyib.

Qapalı iclasda Çinin hipersəs silah qabiliyyətinə qarşı hansı tədbirlər gördüyü ilə bağlı sualları cavablandıran admiral Çinin inkişaf və qabaqcıl texnologiya imkanlarının istehsal tempinin "narahatedici" olduğunu bildirib.

Çin 2027-ci ildə Tayvanı ilhaq edə bilərmi? Sualı cavablandıran Aquilino bildirib ki, 2027-ci il Çin prezidenti Si Cinpin tərəfindən səsləndirilən tarixdir: "Mənim üçün təqvimin nə olmasının fərqi yoxdur. Nazir bu gün mənə bu tapşırığı verdi, mən müharibənin qarşısını almağa, bacarmasaq, döyüşüb qalib gəlməyə borcluyam".

Pekinin Tayvana qarşı mümkün hərbi əməliyyatına qarşı masada nə var? Aquilino bu suala cavabında "ABŞ ordusu istənilən ehtimala hazırdır" deyib.

Baş katibin müavini Royal isə Çinin yaratdığı təhlükəni müəyyən etmək üçün Tayvana hər cür dəstəyi verdiklərini bildirib. Royal bu kontekstdə kəşfiyyat, müşahidə, kəşfiyyat, komanda və nəzarət imkanlarının kritik rol oynadığını və ABŞ-ın bu imkanları təmin etmək üçün çalışdığını bildirib.

Avropanın ABŞ ilə Hind-Sakit okean bölgəsi ilə bağlı, xüsusilə NATO-nun strateji konsepsiyası çərçivəsində ortaq anlayışa sahib olduğunu və Fransanın son vaxtlar Sakit okean bölgəsinə döyüş gəmiləri göndərdiyini ifadə edən Royal, Makronun Pekinə səfərini şərh etməməyə çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu