Venesuela müxalifətinin lideri Quaido Kolumbiyadan qovulub
Dörd il öncə qeyri-qanuni olaraq müvəqqəti dövlət başçısı elan edilən Venesuela müxalifətinin lideri olan Xuan Quaydo Kolumbiyadan qovulduğunu və hazırda ABŞ-a yollandığını bildirib.
AFN.az xəbər verir ki, bu barədə o özünün Twitter səhifəsində yerləşdirdiyi videoda bildirib. "Mən Kolumbiyadan qovuldum. Bu gün diktatura rejiminin təqibləri təəssüf ki, Kolumbiyaya da sirayət edib... Ailəm, qızlarım təhdid edildiyi üçün ABŞ-a kommersiya reysi ilə uçuram”, – deyə siyasətçi bildirib.
O qeyd edib ki, hələ də Nikolas Maduro hökuməti ilə mübarizəni davam etdirəcək.
Quaido daha əvvəl demişdi ki, o, Venesuelanı tərk edərək Kolumbiyaya piyada keçib, dövlətin qınamalarından ehtiyat edib. O, həmçinin Venesuelaya qayıtmaq niyyətində olub-olmadığını dəqiqləşdirmədən aprelin 25-də keçiriləcək sammit üçün Kolumbiyaya gələn beynəlxalq nümayəndə heyətləri ilə görüşmək niyyətini açıqlayıb. Kolumbiya hökuməti Quaydonun bəyanatına cavab olaraq Venesuela ilə bağlı konfransda yalnız dialoqa dəvət olunmuş ölkələrin iştirak edəcəyini açıqlayıb.