ABŞ Koreya yarımadasında strateji silahlar yerləşdirəcək
ABŞ Koreya yarımadasında “daimi və müntəzəm” şəkildə strateji silahlar yerləşdirəcək.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Cənubi Koreya prezidenti Yoon Seok-yeol amerikalı həmkarı Co Baydenlə görüşdən sonra baş tutacaq.
Yoon Seok-yeol Ağ Evin bağçasında keçirilən birgə mətbuat konfransında deyib: “ABŞ-ın strateji imkanlarının Koreya yarımadasında yerləşdirilməsi davamlı və rutin xarakter daşıyacaq”.