Avropa Birliyi Moldova ordusuna 40 milyon avro göndərəcək


Avropa İttifaqının Xarici Əlaqələr Şurası Moldova ordusuna 40 milyon avro göndərilməsi barədə qərar qəbul edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Moldova ordusu bu vəsaiti yardım paketi çərçivəsində alacaq.

“Yardım milli hava məkanına nəzarət potensialının inkişafına, nəqliyyat imkanlarının, eləcə də Milli Ordunun maddi-texniki və kommunikasiya imkanlarının inkişafına yönəldiləcək”, - deyə respublikanın Müdafiə Nazirliyi bildirib.

Nazirliyin məlumatında o da vurğulanır ki, pul Avropa Fondu vasitəsilə təmin olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu