Rusiyada vaxtı keçmiş ehtiyat hissələri ilə təchiz edilmiş təyyarələrdə 2 mindən çox uçuş reallaşıb


2022-ci ildə Rusiyada Qərbin sanksiyalarına görə vaxtı keçmiş ehtiyat hissələri ilə təchiz edilmiş təyyarələrdə iki mindən çox uçuş həyata keçirilib.


AFN.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Rostransnadzor"un rəhbəri Viktor Basargin Dövlət Dumasının Nəqliyyat üzrə Komitəsinin iclasında bildirib.

Başargin bunun kommersiya və ya bütün növ hava səyahətlərinə aid olduğunu dəqiqləşdirməyib. Nəşrin məlumatına görə, 2022-ci ildə Dövlət Hava Hərəkətinin İdarə Edilməsi Korporasiyasının nəzarətçiləri tranzit və beynəlxalq uçuşlar da daxil olmaqla 1,4 milyon uçuş həyata keçirib. Başargin, əvvəlki illərdə vaxtı keçmiş ehtiyat hissələri olan təyyarələrdə nə qədər uçuş edildiyini açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu