Qanun təklifi İtaliyada yaşayan müsəlmanların etirazına səbəb oldu
İtaliyada sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı İtaliya Qardaşları (FdI) partiyası bu yaxınlarda sənaye anqarlarının və ya qarajların məscid kimi istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsini gündəmə gətirib və müsəlmanların sərt reaksiyasına səbəb olub.
İyunun 10-da ölkədə baş nazir Giorgia Melonun partiyası FdI-dən olan deputat Tommaso Foti tərəfindən parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının Ətraf Mühit Komitəsinə təqdim edilən qanun layihəsi müzakirə mövzusu olmaqda davam edir.
Sözügedən təklifdə İtaliya Konstitusiyasının bütün qeyri-katolik din və məzhəblərin İtaliya dövləti ilə münasibətlərini tənzimləyən müqaviləyə malik olması maddəsi vurğulanıb, dövlətlə rəsmi razılaşması olmayan din və məzhəblərin ibadət yerlərinə daha çox məhdudiyyətlər tətbiq etmək irəli sürülüb.
Bildirilir ki, İslam İtaliyada dövlətlə heç bir razılaşması olmayan dinlərdən biri olduğu üçün qanun təklifi sənaye anqarlarının, qarajların və anbarların və bəzi özəl dükanların məscidlərə və ya ibadət yerlərinə çevrilməsini qadağan edilməsini nəzərdə tutur və bu xüsusilə müsəlmanlara təsir edəcək.
İtaliya İslam Cəmiyyətləri və Təşkilatları İttifaqının (UCOII) 2017-ci il hesabatına əsasən, ölkədə müsəlmanların namazlarını qıla biləcəyi, əsasən şimal bölgələrində 1217 məscid var. Onlardan yalnız 6-sı vizual olaraq məscid xüsusiyyətlərinə malikdir və rəsmi olaraq belə tanınır. Qalanları qarajların, anqarların və mənzillərin zirzəmilərində adətən mədəniyyət evləri adı altında fəaliyyət göstərirlər.
Ölkədə yaşayan müsəlmanlar qanun layihəsinə reaksiya versələr də, bununhəm də konstitusiyaya zidd və siyasi məqsədlərə uyğun atılmış bir addım olduğunu bildirirlər.
UCOII-nin keçmiş prezidenti və Florensiya imamı İzzəddin Elzir AA müxbirinə dəyərləndirmələr edərək bildirib ki, müsəlmanlar hər şeydən əvvəl namaz qılmağı, vaxt keçirməyi və gözəl məscidlərdə ibadət etməli və bunun belə görünməli, anlanmalı olduğunu bildirib.
İtaliyanın iqtidar partiyalarından biri olan FdI tərəfindən gündəmə gətirilən son qanun layihəsi ilə bağlı Elzir, "Bu qanun layihəsi bizi idarə edənlərdən gəlir, buna görə üzr istəyirəm. Onlar hələ də müxalifətdə olduqlarını düşünürlər. Zehniyyətlərini dəyişməlidirlər. Çünki hazırda ölkəni idarə edən onlardır. Onlar bu qanun layihəsini daha uzağa götürə bilməzlər. Onlar da bunun konstitusiyaya zidd olduğunu bilirlər. Bəzi İtaliya vətəndaşlarının dini ayinlərini yerinə yetirmələri məhdudlaşdırıla bilməz. Bu təbliğata ehtiyac yoxdur", deyə bildirib.
Elzir qeyd edib ki, İtaliyadakı müsəlman icmasının bütün nümayəndələri bir masa arxasında əyləşərək dövlətlə İslam dini arasında münasibətlərin tanınması ilə bağlı razılığa gəlməyə hazırdırlar.
“Konstitusiyaya görə, bu cür ayrı-seçkilik mümkün deyil”
İtaliyadakı müsəlman icmasının səsi olan “La Luce” xəbər portalının baş redaktoru Davide Piccardo deyib ki, bu qanun layihəsi seçicilərə “Biz nəsə edirik” mesajını vermək üçün klassik cəhddir. O, qeyd edib ki, bu qanun layihəsini orfoqrafiya baxımından çox uzağa götürmək mümkün deyil, belə hüquqlara qarşı ayrı-seçkilik etmək olmaz.
İtalyan və müsəlman olduğunu vurğulayan Piccardo, "Mənim siyasi mesajım var; bu siyasi gücün problem yaratmaq deyil, problemləri həll etmək məsuliyyəti olmalıdır. Bizə məscidi necə inşa edə biləcəyimizə dair açıq bir yol təqdim edilməlidir", ifadələrini işlədib.
Romadakı Magliana bölgəsinin imamı Sami Salem də FdI tərəfindən hazırlanan bu qanun layihəsinin hələ dövlətlə rəsmi razılaşması olmayan müsəlmanlara yönəldiyini bildirib. O, “İtaliya Qardaşlığı partiyası"nın bu vəziyyətə çarə tapmaq əvəzinə onları problemə saldığını qeyd edib:"Qanun layihəsi İtaliyadakı minlərlə İslam mərkəzini hədəf alır. Sosial problem yaranacaq. Müsəlman cəmiyyətinə çarə tapmaq əvəzinə, onları çətin vəziyyətə salacaq bir addım atırlar".
Salem, dövlətin müsəlmanlar da daxil olmaqla, bütün vətəndaşlarına ibadət hüququnu təmin etmək vəzifəsi olduğunu ifadə edərək, bunun konstitusiya hüququ olduğunu qeyd edib.
Digər tərəfdən, qanun layihəsini hazırlayıb Nümayəndələr Palatasının Ətraf Mühit Komitəsinə təqdim edən FdI müavini Tommaso Foti, AA müxbirinin mövzu ilə bağlı müsahibə istəklərini cavabsız qoyub.