Estoniyada saxlanılan Rusiya vətəndaşı ABŞ-a ekstradisiya edilib


Estoniyada saxlanılan Rusiya vətəndaşı Vadim Konoşenko ABŞ-a ekstradisiya edilib.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun Şərq dairəsi üzrə federal prokurorunun ofisindən bildirilib.

Qeyd olunur ki, rusiyalı məhkəmə qarşısına cümə günü, iyulun 14-də gələcək.

Bundan əvvəl Rusiyanın Estoniyadakı səfirliyi Konoşenkonun FSB-nin əməkdaşı olması ilə bağlı məlumatı təkzib etmişdi. "Əlbəttə, belə bəyanatlar fantaziyadan başqa bir şey deyil", - deyə diplomatik missiyanın nümayəndələri bildiriblər.

Ötən il dekabrın 14-də ABŞ Ədliyyə Departamenti beş rus və iki amerikalını sanksiyalardan yayınaraq Rusiya üçün hərbi və ikili təyinatlı məhsullar almaqda şübhəli bilib. ABŞ səlahiyyətlilərinə görə, Serniya yeraltı şəbəkəsinin Rusiya hərbi-sənaye kompleksi və tədqiqat və inkişaf sektoru üçün qabaqcıl elektronika və mürəkkəb sınaq avadanlığı almaq üçün Rusiya kəşfiyyatı altında işlədiyi iddia edilir.

Məhkəmə şübhəliləri təqsirli bilsə, onları 30 ilə qədər həbs gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu