Braziliya məhkəməsi casusluqda ittiham edilən rusu ABŞ-a təhvil verməkdən imtina edib


Braziliyanın Ali Məhkəməsi Rusiya kəşfiyyatçısı olduğu iddia edilən Sergey Çerkasovu ABŞ-a ekstradisiya etməkdən imtina edib.


Bu barədə Braziliya Ədliyyə Nazirliyinin saytında məlumat verilib. Bildirilir ki, Rusiya və ABŞ-dan Çerkasovun ekstradisiyası ilə bağlı iki sorğu qəbul olub. İkinci vəsatət əsassız hesab edilib, çünki müttəhimin artıq Federal Ali Məhkəmə tərəfindən təsdiqlənmiş ekstradisiya tələbi var. Eyni zamanda Rusiyanın sorğusunun icrası dayandırılıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çerkasov 2012-ci ildən casusluqla məşğul olub və özünü Braziliya vətəndaşı Viktor Müller Ferreyra kimi təqdim edib. 2017-ci ildə o, qanunsuz olaraq viza alıb və tələbə vizası ilə ABŞ-a daxil olub. “Amerikanın səsi” xəbər verir ki, Çerkasov 2020-ci ildə ABŞ-ı tərk edib. O, 2022-ci ilin aprelində Hollandiyada saxlanılıb. O, Braziliyaya göndərilib, orada saxta sənədlər hazırladığına görə 15 il həbs cəzasına məhkum edilib, lakin iyulda onun cəzası 5 ilə endirilib.

ABŞ Çerkasovu casusluqda ittiham edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu