İtaliya İsrailin ekstradisiyasını tələb etdiyi fələstinlinin deportasiyasından imtina edib
İtaliya məhkəməsi terrorda şübhəli bilinərək saxlanılan və ekstradisiyası İsrail tərəfindən tələb edilən fələstinli Anan Kamal Afif Yaeşi deportasiya etməkdən imtina edib.
İtaliya mətbuatında yer alan xəbərə görə, yanvarın 29-da L'Aquila şəhərində beynəlxalq terror şübhəlisi olaraq həbs edilən və ona qarşı irəli sürülən ittihamlarla nəzarətə alınan 37 yaşlı Yaeş üçün İsrailin ekstradisiya tələbi ilə bağlı qərar verilib.
L'Aquila apellyasiya məhkəməsi müdafiə vəkillərinin Yaeşin İsrailə ekstradisiya ediləcəyi təqdirdə bu ölkədə insan hüquqlarına zidd işgəncəyə bərabər tutulacağına dair arqumentini nəzərə alaraq ekstradisiya tələbini rədd edib.
İsraillilərə qarşı hücumlar planlaşdırmaqda ittiham olunan Yaeşin məhkəməsinin İtaliyada davam etdiriləcəyi bildirilib.