Bakıda qanunsuz ağackəsmələrlə bağlı cinayət işləri açılıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Nəsimi, Binəqədi və Xətai rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.



Araşdırmalarla Nəsimi rayonunun Mirəsədulla Mirqasımov, Xan Şuşinski və digər küçələrinin kəsişməsində, Binəqədi rayonunun 7-ci mikrorayon, S.S.Axundov küçəsində, Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsində, Xətai rayonunun Məhəmməd Hadi və İlqar Zülfüqarov küçələrində ümumilikdə 27 ədəd müxtəlifcinsli, çoxillik ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 85 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu