İsrail sərhəd ərazilərdə və yəhudi-ərəb qarışıq şəhərlərdə könüllüləri silahlandıracaq

Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, İsrail sərhəd ərazilərdə və qarışıq yəhudi-ərəb şəhərlərində könüllüləri silahlandırmağa başlayacaq.
Bu barədə Reuters xəbər verib.
Onun sözlərinə görə, ilk mərhələdə İsrail istehsalı olan 4000 tüfəng, daha sonra isə ən azı 6000 tüfəng paylanacaq. Könüllülər dəbilqə və zirehlərlə də təchiz olunacaqlar.