BMT: "Qəzzada 1,5 milyon insan didərgin düşüb"
Birləşmiş Millətlər Təşkilatı oktyabrın 7-dən etibarən Qəzzada köçkünlərin sayının 1,5 milyona çatdığını açıqlayıb.
BMT-nin Fələstin Humanitar Məsələləri üzrə koordinatoru Lin Hastings Nyu-Yorkda BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) təşkil etdiyi sessiyaya videokonfrans vasitəsilə qoşulub.
Oktyabrın 7-dən bu yana Qəzzada öldürülənlərin sayının 9 minə yaxınlaşdığı, təxminən 23 min nəfərin yaralandığı və onların üçdə ikisinin qadın və uşaq olduğu barədə məlumatı paylaşan Hastings, didərgin düşənlərin sayının isə 1,5 milyona çatdığını qeyd edib.